“Real” tələb edir: Heyət tamamilə dəyişməlidir
İspaniya La Liqasının 12-ci turunun “Valensiya” ilə matçında (2:1) Vinisius Juniorun meydandan qovulmasından sonra “Real” rəhbərliyi hakimlər korpusunun tərkibinin tamamilə dəyişdirilməsi ilə bağlı mövqeyini gücləndirib.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin sözlərinə görə, “kral klubu” hesab edir ki, belə qərəzli hakimlərlə İspaniya çempionatında ədalətli hakimlik olmayacaq.
Xüsusən də “Real” rəhbərliyinin VAR sistemindən çoxlu şikayətləri var.
Aut.az
