ÇL-də Premyer Liqadan 5 komanda olacaq: “Arsenal”ın sayəsində
Növbəti mövsümdə İngiltərə Premyer Liqasından Çempionlar Liqasında ən azı 5 komanda olacaq.
Aut.az xəbər verir ki, bu, Avropanın bir nömrəli klub turnirinin 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”ın “Real” üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub. Bu nəticədən sonra İngiltərə cari mövsümün sonunda avrokubokların reytinq cədvəlində 5 komandanı Çempionlar Liqasına həvalə etmək hüququ verən ikinci yerdən aşağı düşməyəcəyi dəqiqləşib.
Onu da əlavə edək ki, Çempionlar Liqasında Premyer Liqada çıxış edən komandaların maksimum sayı arta bilər. Bunun üçün “Aston Villa” bu mövsüm ÇL-də qalib gəlməli, “Tottenhem” və ya “Mançester Yunayted” isə Avropa Liqasını qazanmalıdır.
