Dünya futbolu

Neymar qayıtdı – VİDEO

“Santos”un hücumçusu Neymar mart ayında aldığı zədəni sağaltdıqdan sonra komanda ilə məşqlərə qayıdıb.

33 yaşlı futbolçu zədə səbəbindən Braziliya millisinin martda keçiriləcək oyunlarında iştirak edə bilməyib.

Neymarın Braziliya millisində son oyunu 2023-cü il oktyabrın 18-ndə olub. Həmin vaxt 5 qat dünya çempionu DÇ-2026-nın seçmə mərhələsində Uruqvay millisinə uduzub (0:2), Neymar isə yalnız bir hissə meydanda keçirib.

Ümumilikdə Neymar millidə 128 oyun keçirib, 79 qol vurub və 59 dəfə komanda yoldaşlarına assistentlik edib.

Neymar qayıtdı – VİDEO

Aut.az