İtaliya

“Roma” – “Yuventus” matçında sülh

İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, bu gün daha 5 oyun baş tutub.

“Atalanta” evdə “Latsio”ya uduzub. Digər oyunlar isə bərabərliklə yekunlaşıb. “Roma” ilə “Yuventus” arasındakı görüşdə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İtaliya A Seriyası
31-ci tur

4 aprel

Cenoa – Udineze 1:0
Qol: Zanoli, 77.

5 aprel

Montsa – Komo 1:3
Qollar: Mota, 5 – İkone, 16. Diao, 39. Voyvoda, 51.

Parma – İnter 2:2
Qollar: Bernabe, 60. Ondreyka, 69 – Darmian, 15. Türam, 45.

Milan – Fiorentina 2:2
Qollar: T.Abraham, 23. Yoviç, 64 – Tiav, 7-öz qapısına. M.Kin, 10.

6 aprel

Leççe – Venesiya 1:1
Qollar: Başirotto, 65 – Qallo, 50-öz qapısına.

Empoli – Kalyari 0:0

Torino – Verona 1:1
Qollar: Elmas, 67 – Sarr, 64.

Atalanta – Latsio 0:1
Qol: İsaksen, 54.

Roma – Yuventus 1:1
Qollar: Şomurodov, 49 – Lokatelli, 40.

7 aprel

22:45. Bolonya – Napoli