50 min avro cərimə – “Yuve” axmaqdır” işarəsinə görə
“Fiorentina” “Yuventus”la oyunda azarkeşlərin davranışına görə cərimələnib.
A Seriyasının 29-cu turunun qarşılaşması Florensiyada baş tutub və meydan sahiblərinin qələbəsi (3:0) ilə başa çatıb.
Matçdan əvvəl Toskana klubunun azarkeşlərinin bir hissəsi əllərində bənövşəyi və ağ bayraqlar tutaraq “Yuve” axmaqdır” işarəsi formalaşdırıblar.
Buna görə “Fiorentina”ya sanksiya verilib və 50 min avro cərimə edilib.
Sanksiya rəqib komandanın futbolçularına və azarkeşlərinə qarşı kobud şüarlar səsləndirməsinə, həmçinin sonda rəqib komandanın azarkeşlərinin oturduğu sektora üç tüstü bombası atılmasına görə tətbiq edilib.
Aut.az
