İtaliya

“Qalatasaray”dan “Roma”ya getdi

“Roma” Almaniyanın “RB Leypsiq” klubunun sol cinah müdafiəçisi Ancelino ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, 27 yaşlı futbolçunun transferi 2023/24 mövsümünün sonuna kimi qısamüddətli icarə əsasında baş tutub. Mətbuat həmçinin ispaniyalının 5 milyon avroya alınması variantını da yazır.

Ancelino bu mövsümün ilk yarısını “Qalatasaray”da icarə əsasında keçirib. O, altı ay ərzində İstanbulda 19 oyun keçirib və 1 qol vurub. “Transfermarkt” portalı “Mançester Siti”nin keçmiş futbolçusunun dəyərini 8 milyon avro qiymətləndirir.

Aut.az