Dünyanın gözlədiyi baş verdi: Tarixi rekord belə qırıldı – VİDEO
Bu dəqiqələrdə Elmontda (ABŞ) NHL-in adi mövsüm matçı keçirilir, “Nyu York Ayleners” “Vaşinqton Kapitals” qəbul edir. Hazırda ikinci hissə davam edir, hesab 2:1 meydan sahiblərinin xeyrinədir.
Aut.az xəbər verir ki, paytaxt klubunun qolunu Aleksandr Oveçkin vurub.
39 yaşlı rusiyalı üçün bu qol onun karyerasında dünyanın ən güclü liqasının müntəzəm çempionatlarında 895-ci olub. Bununla da, Oveçkin əfsanəvi Ueyn Qretskinin rekordunu (894) qırıb.
Aut.az
