Şumaxerin bu avtomobili hərraca çıxarılır
Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin 2001-ci ildə çempion olduğu avtomobili Monakoda mayın 25-də keçiriləcək Qran Priyə vəsiqə uğrunda hərracda satılacaq.
Aut.az xəbər verir ki, hərraca “Ferrari F2001” model yarış avtomobili çıxarılacaq.
Bu auksionun təşkilatçılarının fikrincə, 211 nömrəli şassi Şumaxerin Monako və Macarıstan Qran Prisində çempion olduğu yeganə “Ferrari” avtomobilidir. Qeyd edək ki, avtomobilin satışından əldə olunan gəlirin bir hissəsi “Keep Fighting Foundation”a bağışlanacaq.
Yada salaq ki, Şumaxer 2013-cü ildə İsveçrə Alp dağlarında dağ-xizək kurortunda faciəvi təsadüfün qurbanı olub və ağır kəllə-beyin travması alıb, bu səbəbdən də uzun illərdir özünə gələ bilmir.
Aut.az
