Madrid əhalisi etiraz edir: Formula 1 istəmirik
2026 Formula 1 təqvimində Madriddə yeni yarış olacaq. Amma dövrənin tikintisi artıq problemlərlə üzləşir.
Aut.az xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Qran Prinin təşkilatçıları yerli sakinlərin müqaviməti formasında problemlə üzləşiblər.
Regional partiya “Mas Madrid” ətraf mühitə təsiri əsas gətirərək sadələşdirilmiş prosedur əsasında verildiyini bildirərək, dövrənin tikintisi üçün lisenziyaya qarşı iddia qaldırıb.
Partiya həmçinin iddia edir ki, ən azı 10 il – 2035-ci ilə qədər hər il keçiriləcək tədbir bir neçə ay ərzində ekoloji tarazlığı pozacaq.
Partiya, həmçinin səs-küy səviyyələri ilə bağlı narahatlıqlarını ifadə edib. Tədbirin necə maliyyələşəcəyi ilə bağlı suallar da var. Lakin bu həftənin əvvəlində Madrid Ali Məhkəməsi “Mas Madrid”in hüquqi etirazını rədd edib.
Təşkilatçılar yeni trekin Formula 1 Qran Prisi üçün vaxtında hazır olmasını hədəflədiyi üçün işlərin gecə-gündüz davam etdiyi bildirilir.
Tikinti cəmi bir ay əvvəl başlayıb. Dövr gələn ilin sentyabrında IFEMA sərgi mərkəzi və “Real”ın Valdebebas məşq kompleksi ətrafında mövcud küçələrin hibrid və məqsədyönlü şəkildə qurulmuş dövrəsi kimi debüt edəcək.
Aut.az
