“Real”ı çalışdırmağa hazırdır: Amma başa düşür ki…
“Bayer”in baş məşqçisi Xabi Alonso “Real”a rəhbərlik etməyə hazırdır.
Aut.az xəbər verir ki, “Relevo”nun məlumatına görə, ispan mütəxəssis yaxın gələcəkdə özünün “Real”ın baş məşqçisi kimi görür.
Karlo Ançelottinin gələcəyinə mövsümün sonunda qərar veriləcək. İtalyan qalsa, Alonso daha bir il “Bayer”də qalmağa hazırdır .
Alonso onu da başa düşür ki, “Real”da işləmək “Bayer”də işləməkdən fərqli olacaq. Xüsusən də istədiyi futbolçuları transfer etmək onun üçün o qədər də asan olmayacaq. “Real” üçün transferlər “iqtisadi və idman baxımından sərfəli” olmalıdır.
Aut.az
