Şevçenko UEFA-dakı məğlubiyyətini şərh etdi: Son günlər siqnal aldıq ki…
Andrey Şevçenko UEFA İcraiyyə Komitəsinə seçkilərdə məğlubiyyətini şərh edib.
Aut.az xəbər verir ki, Şeva bunu siyasətlə əlaqələndirib.
Cümə axşamı Belqradda keçirilən Avropa Futbol Assosiasiyaları İttifaqının 49-cu Konqresində yeddi nəfər UEFA İcraiyyə Komitəsinə dörd illik müddətə seçilib. Ukrayna Futbol Assosiasiyasının rəhbəri onların arasında olmayıb.
“İlk növbədə, məni UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi irəli sürən regional futbol assosiasiyalarına və UAF İcraiyyə Komitəsinə bir daha təşəkkür etmək istəyirəm .
Bu iki aylıq kampaniyaya görə komandamıza və demək olar ki, hər kəslə şəxsən görüşmək və ya ünsiyyət qurmaq imkanı yaratdığına görə milli assosiasiyalara minnətdaram.
Bütün həyatım və karyeram boyu əsas prinsipi – idman peşəkarlığını rəhbər tutmuşam. Mən dürüst, açıq və şəffaf mübarizə aparmağa öyrəşmişəm.
Ancaq təəssüf ki, son günlər müəyyən siqnallar aldıq ki, siyasi aspektlərə görə Ukrayna və şəxsən mən UEFA-nın rəhbər orqanında arzuolunan deyilik. Bunu qurultayın özündə sonrakı hadisələr də təsdiqlədi. Bu baxımdan, mənə və Ukraynaya səs verən federasiyalara ürəkdən minnətdaram.
Biz mövqeyimizi dəyişməyəcəyik və futbolumuzda islahatları davam etdirəcəyik”, – UAF Şevçenkonun sözlərini sitat gətirib.
Aut.az
