“Arsenal” onu transfer etmək istəyir: Ən yüksək maaşlı oyunçu edə bilər
“Arsenal” “Atletik”in və İspaniya millisinin hücumçusu Niko Uilyamsın transferində maraqlıdır.
Aut.az xəbər verir ki, “topçular” keçidi reallaşmasını təmin etmək üçün 60 milyon avroluq sərbəstqalma məbləğindən daha çox pul ödəməyə hazırdır. Bu da onlara bütöv məbləği birdən ödəmək əvəzinə ödənişləri bölməyə imkan verir.
“Daily Telegraph”ın iddiasına görə, Uilyamsın hazırkı müqaviləsi ona vergilərsiz həftədə 100.000 funt-sterlinqdən çox qazandırır. Niko “Arsenal”da daha çox – həftədə ən azı 250.000 funt-sterlinq qazana bilər. Bu da onu Deklan Rays, Bukayo Saka və Martin Odeqaardla birlikdə London klubunun ən yüksək maaş alan oyunçularından birinə çevrilə bilər.
Kay Haverts hazırda həftədə 280.000 funt sterlinqlə “Arsenal”ın ən çox qazanan oyunçusudur. İspaniya millisinin üzvünün məbləği ötmək imkanı var.
Aut.az
