Tennis

Əfsanə ilə əməkdaşlığı dayandırdı: Öz brendini yaratdı

US Open-2023-ün qalibi, dünya reytinqinin üçüncüsü, amerikalı tennisçi Kori Qauff  isveçrəli əfsanə Rocer Federerin “Team8” agentliyi ilə əməkdaşlığı dayandırıb.

Aut.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində bəyanat yayıb.

O, IMG-nin sahibi olan WME-nin rəhbərliyi altında özünün “Coco Gauff Enterprises” brendini açacaq. IMG Agentliyi bir çox məşhur tennisçilərin – Serena Uilyams, Karlos Alkares , İqi Şvyöntekin maraqlarını təmsil edir.

“Karyeram üçün daha çox məsuliyyət götürməyə və mənim üçün yeni imkanlar yaratmağa imkan verəcək bir şey yaratmaqdan həyəcanlıyam. İdmançı, sahibkar və dəyişiklik yaradan kimi böyüməyə davam edirəm.

İrəliyə atılan bu böyük addım həm də “Team8”lə paylaşdığım inanılmaz fəslin sonunu göstərir. Mən və ailəm üçün etdikləri hər şeyə görə həmişə minnətdar olacağam. Bu günləri dərin minnətdarlıq hissi ilə xatırlayacağam” – Qauff yazıb.

Aut.az