Azarkeşləri indidən qorxuya saldı: Hazır olun, çox risk edəcəm
“Mançester Yunayted”in qapıçısı Andre Onana bu mövsüm oyunu ilə bağlı çox risk alacağını bildirib.
Aut.az xəbər verir ki, Onananın sözlərini “The Athletic” sitat gətirib.
“Bu mövsümə hazır olun. Mən yeni mövsümdə böyük risklərə gedəcəyəm, hazır olun uşaqlar! Bu barədə əvvəlcədən xəbərdarlıq edə bilərəm. Yeni mövsüm başlayanda daha çox əylənəcəyəm”, – Onana bildirib.
28 yaşlı futbolçu 2023-cü ilin yayında “Mançester Yunayted”in futbolçusu olub. Futbolçunun klubla əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Aut.az
