Sirrini açdı: Düz 8 ildir ki, eyni alt paltarında…
“Mançester Siti”nin qapıçısı Ederson inancı haqda sirri bölüşüb.
Aut.az xəbər verir ki, Ederson artıq səkkiz ildir ki, hər matçda eyni alt paltarını geyinir.
– Mənim yalnız bir xurafatım var. Hər matça eyni alt paltarında çıxıram.
– Nə, bütün mövsüm eyni alt paltarı?
Xeyr, səkkiz ildir eyni alt paltarında -deyə BBC Edersondan sitat gətirib.
Ederson bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 30 oyun keçirib və 3 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” internet portalında verilən məlumata görə, 31 yaşlı futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Aut.az
