Basketbol

O da Şöhrət Zalında olacaq

Karmelo Entoni 2025-ci ildə Basketbol Şöhrət Zalına daxil olacaq.

Aut.az xəbər verir ki, bu barədə insayder Şems Çaraniya məlumat verib.

Entoni liqada 19 mövsümdə 10 dəfə All-Star və altı dəfə All-NBA komandasına seçilib. O, ABŞ yığması üç dəfə Olimpiya çempionu olub.

Entoni NBA karyerası ərzində hər oyunda orta hesabla 22,5 xal toplayıb və liqanın bütün zamanların bombardirləri siyahısında 28,289 xalla 10-cu yerdədir.

Aut.az