Pirlo keçmiş klubuna qayıdacaq?
İtaliya millisinin əfsanəvi futbolçusu Andrea Pirlo məşqçilik karyerasında ikinci dəfə B seriyasında yer alan məşhur “Sampdoriya” klubuna rəhbərlik edə bilər.
Aut.az xəbər verir ki,, yaxın günlərdə “dənizçilər” baş məşqçisiz qala biləcəyi üçün klub rəhbərliyi yeni mütəxəssis axtarışına çıxıb. Sözügedən vəzifəyə namizədlər arasında 6 aydan çoxdur işsiz olan Pirlo da var. Cüzeppe Yakina və Aurelyo Andreatsollanın təyinat variantları da nəzərdən keçirilir.
Andreanın son iş yeri elə “Sampdoriya” olub. Lakin rəhbərlik qeyri-qənaətbəxş nəticələrə görə əfsanəni qovub.
Qeyd edək ki, “Sampdoriya” İtaliya B Seriyasında 17-ci pillədə qərarlaşıb.
Aut.az
