İngiltərə

“Liverpul” azarkeşləri ona təşəkkür etməlidirlər – Ferdinand kimi deyir?

“Yunayted”in əfsanəsi Rio Ferdinand Trent Alexander-Arnoldun “Real Madrid”ə mümkün gedişi haqda danışıb.

Aut.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, müdafiəçi mövsümün sonunda, “Liverpul”la müqaviləsi başa çatdıqdan sonra “Real”a keçməyə razılaşıb.

“Siz “Liverpul” azarkeşləri ona təşəkkür etməli və uğurlar arzulamalısınız. Onun üçün bir qəpik də ödəmədiniz. O, sizin yetirmənizdir və burada hər şeyi qazandı. Bu oğlan hər şeydən keçdi, bu formanı geyindi, son illərin ən uğurlu dövrlərindən birində sizin ən yaxşı və məhsuldar oyunçularınızdan biri oldu.

O, ayrılmaq qərarına gəldi, amma rəqibə yox, Premyer Liqa komandasına deyil, hazırda dünyanın ən böyük klubuna gedir. “Kaş ki, qalsaydı, amma yaxşı gedir” deməlisiniz. Siz onu alqışlamalısınız, karyerasını bitirndə isə onu qəhrəman kimi qarşılamalısınız.

Klub da müəyyən məsuliyyət daşımalıdır. Vəziyyətin bu həddə çatmasına imkan verdilər”, – Ferdinand deyib.

Aut.az