İngiltərə

Onu xəsis adlandıran azarkeşlərə cavab verdi: 700 milyondan çox sərmayə qoymuşuq

“Tottenhem”in sahibi Daniel Levi klubun transfer siyasəti ilə bağlı tənqidlərə qarşı çıxıb.

Aut.az xəbər verir ki, funksioner eyni zamanda onu yeni oyunçulara daha çox pul xərcləməyə çağıran azarkeşlərə cavab verib:

“2019-cu ildə yeni stadionumuzun açılışından bəri biz yeni oyunçular üçün 700 milyon funt-sterlinqdən çox xərcləmişik. Transfer klubun üçün əsas amildir və maliyyə imkanlarımıza uyğun olmalıdır.

Mən mütəmadi olaraq yeni oyunçulara daha çox sərmayə qoyulması çağırışlarını eşidirəm, çünki biz dünyanın doqquzuncu ən zəngin klubuyuq. Ancaq başa düşməlisiniz ki, bütün bunlar uzunmüddətli perspektivdə qiymətləndirilməlidir. Ardıcıl olaraq mənfəət əldə etmək yeni transferlər etmək qabiliyyətimizə birbaşa təsir göstərir”.

Qeyd edək ki, “mahmızlar” hazırda 29 turdan sonra 34 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Aut.az