Qürur duyuram – Kloppun qələbə şərhi
“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının İngiltərə kubokunun 1/32 finalında “Arsenal”la oyunda (2:0) qazandığı qələbəni şərh edib.
“Mən inanılmaz dərəcədə qürur duyuram. Bizim üçün çox çətin püşkatma oldu. Bəlkə də əldə edə biləcəyimiz ən çətin rəqib idi. Buraya gəldiyimiz zaman nəzərə almalı olduğumuz məqamlar vardı. “Arsenal” oyuna bir az fərqli heyətlə çıxdı ki, bu da məntiqli idi.
Fasilədə oyunu bir az dəyişdik. İkinci hissədə həqiqətən oyundaydıq. Qol vurduq, gənc futbolçular, “uşaqlar” yetişdirdik. 95 dəqiqə mübarizə apardıq. İndi isə qış tətilimiz var”, – BBC Kloppdan sitat gətirib.
Aut.az
