“Liverpul”un ulduzunun transferinə mane oldu: Görün kimə görə
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Liverpul”un vingeri Luis Diasın transferinə mane olub.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Kataloniya klubunun rəhbərliyi 28 yaşlı kolumbiyalı futbolçu ilə müqavilə bağlamaqda maraqlı idi. Lakin Flik futbolçunun yaşının transferi istisna edən əsas amil olduğuna inanır. Almaniyalı məşqçi diqqətini orta və uzunmüddətli perspektivdə töhfə verə biləcək gənc oyunçulara yönəltmək istəyir.
Flik “Atletik”in 22 yaşlı cinah oyunçusu Niko Uilyamsı almağa üstünlük verir. Niko ilə bağlı əlavə üstünlük onun Lamin Yamal və Aleks Balde ilə dostluğudur ki, bu da onun uyğunlaşmasını asanlaşdıra bilər.
Qeyd edək ki, Luis Dias bu mövsüm klubda 42 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
