“Barsa”nın işi yenə düyünə düşdü: Problem nədədir?
Auditorlar La Liqa üçün verilən hesabatda “Barselona”ya 100 milyon avro kredit verməyə hazır deyillər.
Xatırladaq ki, yanvar ayında klub Yaxın Şərqdən olan iki investorla “Kam Nou”da 475 yerin 30 ilədək müddətə satılması ilə bağlı müqavilə bağlamışdı.
VİP yerlərin satışından əldə olunan gəlir “Barselona”ya 1:1 qaydasına nail olmaq və həmçinin “Kamp Nou”nun yenidən qurulması üçün investorlara olan borcun “əhəmiyyətli hissəsini” ödəməyə imkan verib. Daha əvvəl sövdələşmənin kluba 100 milyon avro qazandıracağı barədə məlumat yayılmışdı.
Aut.az xəbər verir ki, “SER Catalunya”ya görə, yeni audit şirkəti “Crowe Global” (“Grant Thornto”nu əvəz edib) tərəfindən həyata keçirilən bu sövdələşmədən əldə edilən gəlirlərin uçotu prosesi “Barselona”nın mövsümün ilk yarısı üçün maliyyə hesabatlarının La Liqaya təqdim edilməsini gecikdirməyə məcbur edib.
VIP yerlərin satışı Kataloniya klubuna 1:1 qaydasına nail olmağa kömək etmək məqsədi daşıyırdı ki, bu da komandaya satışdan əldə etdiyi qədər pul xərcləməyə imkan verir. “Barselona” bu statusu yanvar ayında bərpa etdi, lakin klub martın sonuna qədər 31 dekabr 2024-cü ilə qədər olan rəqəmlərə əsaslanaraq La Liqaya aralıq maliyyə hesabatı təqdim etməli idi.
Burada yeni stadionda VİP oturacaqların satışından əldə olunan gəlir də nəzərə alınmalı idi. Lakin “Crowe Global” hələ ki, bu vəsaitlərin hesabata daxil edilməsini təsdiq etməyib, çünki pul hələ klub üçün real gəlirə çevrilməyib.
Bu məsələ həll olunmayana qədər “Barselona” yenidən 1:1 qaydası ilə fəaliyyət göstərə bilməyəcək və bu, klubun maliyyə bərpa prosesini risk altına qoyur.
Üstəlik, müqavilə qanuni hesab olunmazsa, bu, katalonların yay transfer kampaniyasına təsir göstərə bilər. Futbolçularla cari müqavilələrin uzadılması da risk altında ola bilər.
Aut.az
