Dünya futbolu

Messinin qolu kimə həsr etdiyi bəlli oldu – FOTO

Argentinalı hücumçu və “İnter Mayami”nin kapitanı Lionel Messi MLS matçında vurduğu qolu əfsanəvi serb tennisçi Novak Cokoviçə həsr edib.

Aut.az xəbər verir ki, Messi qolu bayram edərkən tennis raketkası ilə zərbə vurmağı simulyasiya edib.

“İnter Mayami” – “Filadelfiya Yunion” matçı Fort Lauderdeyldə “DRV PNC” stadionunda baş tutub və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Maraqlıdır ki, Messi meydana daxil olduqdan cəmi iki dəqiqə sonra qol vura bilib. Oyuna ehtiyat oyunçular skamyasında başlayan argentinalı matçın 55-ci dəqiqəsində meydana çıxıb, 57-ci dəqiqədə isə qol vurub.

Xatırladaq ki, Messi bundan əvvəl Mayamidə keçirilən “Masters” turnirində Novak Cokoviçlə Qriqor Dimitrov arasında keçirilən yarımfinal oyununda iştirak etmişdi.

Aut.az

Messinin qolu kimə həsr etdiyi bəlli oldu - FOTO

Messinin qolu kimə həsr etdiyi bəlli oldu - FOTO

Messinin qolu kimə həsr etdiyi bəlli oldu - FOTO