Zidan peşmandır: Onunla bir komandada oynaya bilmədiyinə görə
Əfsanəvi fransız Zinəddin Zidan hansı futbolçu ilə bir komandada oynamadığı üçün təəssüfləndiyi haqda danışıb.
Aut.az heç vaxt Zidan “Mançester Yunayted”in əfsanəsi Pol Skoulzla birlikdə oynaya bilmədiyi üçün peşman olduğunu bildirib.
“Ən yaxşı oyunçularla oynamaq istəyi təbiidir və heç bir şübhəm yoxdur ki, Pol Skoulz bu oyunçulardan biri idi. Mən həmişə onun oyununu izləməkdən həzz alırdım.
Skoulz qədər tam futbolçu tapmaq nadirdir. Təəssüf edirəm ki, karyeram ərzində onunla heç vaxt oynamaq şansım olmayıb. O, rəqibinizdə deyil, öz tərəfinizdə görmək istədiyiniz oyunçulardan biridir, çünki rəqib olsa, sizin üçün çoxlu problemlər yarada bilər”, – “Give me Sport” Zidanın sözlərini sitat gətirib.
Xatırladaq ki, Zinəddin uzun müddətdir ki, futboldan uzaq düşüb. O, 2021-ci ildə “Real Madrid”dən ayrılıb və o vaxtdan bəri heç bir yerdə baş məşqçi kimi fəaliyyət göstərməyib. Əvvəllər onun Fransa millisinin baş məşqçisi Didye Deşamı əvəz edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Aut.az
