İngiltərə

“Çelsi” 16 yaşlı uşaqlara uduzdu: Baş məşqçi bu cəzanı verdi

“Çelsi”nin baş məşqçisi Entso Mareska, U16-dan olan oyunçuların da daxil olduğu U21 komandasına qarşı yoldaşlıq görüşündə məğlub olduqları üçün əsas komanda üçün planlaşdırılan istirahət gününü ləğv etdi.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin məlumatına görə, matç 90 dəqiqədən az davam edib. “Çelsi”nin milli komandalara çağırılmayan əsas oyunçularının hamısı görüşdə iştirak edib.

İngiltərə çempionatında keçirdiyi 29 oyundan sonra 49 xalı olan “Çelsi” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb və üçüncü yerdə qərarlaşan “Nottingem”dən 5 xal geri qalır.

Aut.az