“Real”ın ulduzundan xəbər var: Məşqlərə qayıtdı, amma…
“Real”ın zədəli mərkəz müdafiəçisi Eder Militaonun son durumu açıqlanıb.
Aut.az xəbər verir ki, sağ ayağındakı hər iki menisküsün zədələnməsi və ön çarpaz bağın tam qopmasından sonra sıradan çıxan braziliyalı futbolçu məşqlərə qayıdıb. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
O, ötən gün Madrid komandasının ümumi məşqində işitrak edib. Noyabr ayında zədələnən futbolçu yalnız gələn mövsüm meydanlara qayıda biləcək.
Braziliyalı müdafiəçi daha əvvəl də oxşar zədə ilə üzləşib. O, 2022-ci ilin avqustunda aldığı zədədən sonra 232 gün meydanlardan uzaq qalıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm 17 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
