Qaydasız döyüş

UFC turniri MDB ölkəsində olacaq – Danışıqlar gedir

UFC MDB ölkələrindən birində turnir keçirməyi planlaşdırır və artıq danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə TASS vəziyyətə yaxın mənbəyə istinadən məlumat yayıb.

“2025-ci ildə turnirin MDB ölkələrindən birində keçirilməsi ilə bağlı danışıqlar aparılır. Turnir bu yay baş tuta bilər”, – mənbə bildirib.

Tarixi boyu UFC Rusiyada üç dəfə turnir keçirib. Döyüşlər iki dəfə Moskvada (2019, 2018) və bir dəfə Sankt-Peterburqda (2019) baş tutub.

Aut.az