Qaydasız döyüş

Sehrdən yararlanır? – Pereyra mənsub olduğu qəbiləyə baş çəkdi – VİDEO

Braziliyalı çempion Aleks Pereyra Xəlil Rountri ilə çətin mübarizədən sonra vətənində dincəlir.

Aut.az xəbər verir ki, UFC turnirində qalib gəldikdən sonra braziliyalı mənsub olduğu Pataxo qəbiləsinə baş çəkib. Pereyra yerli sakinlərlə söhbət edib, oxatma ilə məşğul olub və yeni döyüş üçün güc toplayıb.

Aleksin keçmiş rəqibi Jiri Proxazka daha əvvəl braziliyalını öz qəbiləsi ilə sıx əlaqədə olmaqda və “vudu” sehrindən istifadə etməkdə ittiham etmişdi. Pereyra Pataxo qəbiləsində, Braziliyanın gecəqondularında yaşayan kasıb bir ailədə anadan olub. Döyüşçü böyüdüyü yerlərə tez-tez baş çəkir.

Aut.az