Almaniya

Alonso ilə bağlı sensasion iddia

Xabi Alonso növbəti mövsümdə də “Bayer”də qala bilər.

Aut.az xəbər verir ki, “Get German Football News”un verdiyi məlumata görə, Alonsonun ən azı daha bir mövsüm “Bayer”in sükanı arxasında qalacağı ehtimalı yüksəkdir.

Alonsonun qalma ehtimalının əsas səbəbi onun gələn mövsüm üçün heyətin planlaşdırılmasında tam iştirak etməsidir.

Bildirilir ki, “Real”  Xabi ilə maraqlanmağa davam edir, lakin Karlo Ançelottinin gələcəyi ilə bağlı mövsümün sonuna qədər qərar verilməyəcək və Alonsonun qərar vermək üçün bu qədər gözləyəcəyi şübhə doğurur.

Aut.az