Əfsanə Trampı vətənə xəyanətdə ittiham etdi
Olimpiya çempionu və Stenli Kubokunun ikiqat qalibi, çexiyalı Dominik Qaşek ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin rus və amerikalı oyunçular arasında xokkey oyunlarının təşkili təklifi ilə razılaşmasına reaksiya verib.
Aut.az xəbər verir ki, Qaşek bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, ABŞ liderini vətənə xəyanətdə və həmvətənlərini təhqir etməkdə ittiham edib. Qasekin sözlərinə görə, bu işdə amerikalı xokkeyçilər “dəhşətli cinayətlərə haqq qazandırmaq” üçün istifadə olunacaqlar.
Martın 18-də Tramp Putinin rus və amerikalı oyunçular arasında xokkey oyunlarının təşkili ideyasını dəstəkləyib. Bu qarşılaşmalarda Milli Xokkey Liqası (NHL) və Kontinental Xokkey Liqasının (KHL) oyunçuları üz-üzə gələcəklər.
Aut.az
