Digər

Əfsanənin kokain asılılığı varmış: Oğlum ölü tapılacağımı düşünürdü

Əfsanəvi britaniyalı velosipedçi ser Bredli Uiqqins  uzun müddət ciddi kokain asılılığı ilə mübarizə apardığını etiraf edib.

Aut.az xəbər verir ki, 45 yaşlı idmançıya istinadən “Sky Sports” məlumat yayıb.

“Oğlum ölü tapılacağımı düşünürdü. Mən narkotik aludəçisi idim. İnsanlar bunu dərk etmirdilər. Böyük miqdarda kokain qəbul edirdim. Ciddi problemim var idi. Uşaqlarım məni reabilitasiyaya göndərmək istədilər.

Özümü xoşbəxt hiss edirəm ki, hələ də sağam. Mən bu seçimi etdim. Üzümə nifrət edirdim. Narkotiklər özünü məhv etməyin bir növü idi. Mən olmaq istədiyim insan deyildim”, – Bredli deyib.

Uiqqins  həm şossedə, həm də trekdə velosiped idmanında böyük uğur qazanıb.  O, 2012-ci ildə “Tour de France” yarışının qalibi olub, London Olimpiadasında qızıl qazanıb, 2014-cü ildə isə fərdi yarışda dünya çempionu olub. Trasda isə 5 dəfə Olimpiya qızıl medalı alıb və 7 dəfə dünya çempionu olub.

Aut.az