İspaniya

Prezident qəzəbləndi: Kurtua səsini kəsməlidir

“Atletiko Madrid”in prezidenti Enrike Serezo “Real”ın qapıçısı Tibo Kurtuanın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la cavab oyununda (1:0, 2:4) “Atletiko”nun hücumçusu Julian Alvaresin penaltilər seriyasında ləğv edilən qolu ilə bağlı dediyi sözlərə reaksiya verib.

Aut.az xəbər verir ki, Serezonun sözlərini “Diario Sport” sitat gətirib.

“Məndə Alvaresin hətta topa toxunmadığı görüntüləri var. Kurtua səsəini kəsməlidir. O, vaxtilə “Atletiko”da olduğuna görə minnətdar olmalıdır. O, bizdə olduğu vaxt etdiklərini etməlidir: centlmen və lord olmalıdır”, – Serezo bildirib.

Xatırladaq ki, oyunsonrası penaltilər seriyasında topa iki dəfə topa toxunduğuna görə Julian Alvaresin qolu ləğv edilib.  Nəticədə “Atletiko Madrid” Çempionlar Liqasından kənarlaşdırılıb.

Aut.az