Qələbə eyforiyası: Bellinqem su qabına belə kəllə atdı – VİDEO
Çempionlar Liqasının 1/8 finalında “Atletiko”nu mübarizədən kənarlaşdıran “Real”ın futbolçuları qələbəni çılğınlıqla qeyd ediblər.
Aut.az xəbər verir ki, oyundan sonra “kral klubu”nun futbolçuları azarkeşlərinin olduğu tribunanın qarşısında bayram ediblər.
Cud Bellinqem isə daha emosional davranıb. O, havada uçan su qabına kəllə atıb.
Qeyd edək ki, “Real” iki oyunun nəticəsinə görə (2:1, 0:1, penaltilərlə – 4:2) 1/4 finala adlayıb.
Aut.az
