İspaniya

“Barsa” Messinin ultimatumuna cavab verdi  

“Barselona” rəhbərliyi Lionel Messinin ultimatumuna cavab verib.

Aut.az xəbər verir ki, PSJ-nin futbolçusu kataloniyalılardan təəb etmişdi ki, 2022/2023 mövsümünün sonuna qədər transferi ilə bağlı məsələni həll etsinlər.

“Marca” nəşri mənbəsinə istinadən xəbər verir ki,  kataloniyalılar 35 yaşlı futbolçunu yayda transfer edə biləcəklərinə əmindirlər. Onların fikrincə, danışıqlar çox vaxt aparmamalıdır. “Barselona” hücumçunun iyulun sonunda, klub ABŞ-a mövsümöncəsi turneyə çıxdıqda heyətdə olmasını  planlaşdırır.

Mayın 3-də “L’Equipe” nəşri PSJ rəhbərliyinin Messi ilə müqaviləni yeniləməkdən imtina etdiyini yazmışdı. Qeyd olunur ki, klub hücumçunun Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfərinə son dərəcə mənfi reaksiya verib.

Leonun Paris nəhəngi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Aut.az