Bellinqem Həbibin bu FOTOSUNA belə reaksiya verdi
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun postuna reaksiya verib.
Daha əvvəl Həbib ingilis yarımmüdafiəçinin qolu bayram edərkən çəkilmiş fotosunu dərc etmişdi.
Bellinqem “Real”ın heyətində ümumilikdə 43 matçda iştirak edib, 23 qol vurub, 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

