Qaydasız döyüş

Onu yumruqlamaqdan həzz alıb

Yüngül çəkidə keçmiş UFC çempionu Neyt Diaz maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, döyüşlər zamanı ən çox kimə yumruq atmaqdan həzz aldığını açıqlayıb:

“Leon Edvardı vurmağım xoşuma gəldi. Bu anı xatırlayıram. Mən onu vurub silkələdim, bam! Həm də o axmaq Konor Makqreqoru vurmağımı bəyənirəm. Məni baldırımdan vuranda ona bir sillə vurdum. Bəzən insanlara mənasız şillə vururam”.

Qeyd edək ki, Diazın 39 yaşı var. Onun MMA-dəki döyüşü 2022-ci ilin sentyabrında UFC 279-da olub. O, dördüncü raundda Toni Ferqyusona boğucu fənnlə qalib gəlib.

Aut.az