Onu dayandıran tapılmır: 17 yaşlı tennisçidən ardıcıl ikinci çempionluq
17 yaşlı rusiyalı tennisçi Mirra Andreeva ardıcıl ikinci WTA-1000 turnirinin qalibi olub.
Aut.az xəbər verir ki, o, Dubayda (BƏƏ) və İndian Uellsdə (ABŞ) titullar qazanıb. ABŞ-da keçirilən yarışın finalında Andreeva dünyanın bir nömrəli tennisçisi, belaruslu Aryna Sabalenkanı 2:6, 6:3, 6:4 hesabı ilə məğlub edib.
Mirra Andreeva ardıcıl 12 görüşdə qalib gəlib. Sabalenka ilə yanaşı, İndian Uellsdə titula gedən yolda Andreeva dünyanın ikinci nömrəsi, polşalı İqa Sviatek, eləcə də dünya reytinqində yeddinci pillədə qərarlaşan qazaxıstanlı Yelena Rıbakinanı üstələyib.
ABŞ-dəki uğuru sayəsində Andreeva dünyanın altı nörməsi olacaq. Mirra WTA Finals yarışında isə üçüncü yerə yüksələcək.
Aut.az
