İspaniya

“Barsa”ya məğlubiyyətin səbəbini açıqladı: Bunu vaxtında edə bilmədim

“Atletiko”nyn baş məşqçisi Dieqo Simeone “matrasçılar”ın La Liqanın 28-ci turunda “Barselona” ilə matçda qalib gələ bilməmələrinin səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, argentinalı mütəxəssis 2:0 hesabı ilə öndə olduqları matçda 4 top buraxaraq məğlub olmalarının səbəbini açıqlayıb:

“Hər şey əla gedirdi, amma mən Ximenezi əvəz etməyə gecikdim. İkinci qoldan dərhal sonra onu buraxmalıydım. Futbol səhvləri bağışlamır və mən özümü tənqid etməyə çalışıram. Ola bilsin ki, Ximenezlə “Barsa” altı qol vurardı, amma o anda bu əvəzlənməyə çox ehtiyacımız var idi və mən bunu vaxtında edə bilmədim. O, meydana çıxanda tablo artıq 2:2 hesabını göstərdi”.

Keçirilən 28 matçdan sonra “Atletiko” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Barselona” 27 oyundan sonra 60 xalla birinci yerdədir. 28 oyundan sonra eyni miqdarda xal toplayan “Real” ikincidir.

Aut.az