“Bavariya” rəsmisindən etiraf: Onu transfer etmək bizim üçün böyük uğur olar
“Bavariya”nın Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge “Corriere della Sera” nəşrinə müsahibəsində maraqlı etiraf edib.
Aut.az xəbər verir ki, o, Münhen klubunun “Bayer”i və Almaniya millisinin yarımmüdafiəçisi Floryan Virtsi komandasında görmək istədiyini bildirib. O, “Virtsin nə vaxtsa “Bavariya”da Camal Musiala ilə birlikdə oynayacağını gözləyirsinizmi” sualına Rummenigge belə cavab verib:
“Ümid edirəm ki, belədir. Virts və “Bayer”i razı salmaq bizim üçün böyük uğur olardı. O və Musiala alman futbolunun təcəssümüdür. Bizim fəlsəfəmiz həmişə ən yaxşı alman oyunçuları “Bavariya”ya gətirmək olub”.
Qeyd edək ki, Virts 11 məhsuldar ötürmə ilə cari Almaniya çempionatında aparıcı assistentdir. Ümumilikdə Floryan bütün yarışlarda “Bayer” üçün 39 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib. 21 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. “Transfermarkt” futbolçunun dəyərini 140 milyon avro olaraq qiymətləndirir.
Aut.az
