Müller “Bavariya”nın tarixinə düşdü
Hücumçu Tomas Müller “Bavariya”nın tarixinə düşüb.
Aut.az xəbər verir ki, o, klublararası dünya çempionatının qrup mərhələsinin “Oklend Siti” ilə oyununda (10:0) dubl etməklə buna nail olub. 35 yaşlı yarımmüdafiəçi bu qollarla Münhen klubunda vurduğu topların sayını 250-yə çatdırıb.
Bu, onu “Bavariya” tarixində 250 qol həddini aşan üçüncü futbolçu edir. Klub tarixində yalnız Robert Levandovski (344 qol) və Herd Müller (570 qol) ondan çox qol vurub.
