Basketbol

Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşdi

Basketbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Aut.az xəbər verir ki, “Şəki” 1/4 finalda NTD ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 71:66. Bu nəticədən sonra NTD adını yarımfinala yazdırıb.

Qeyd edək ki, bu gün 1/4 finalda daha bir qarşılaşma keçiriləcək. Saat 19:00-da Bakı İdman Sarayında “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək.