Əfsanə Avropa çempionatının tarixinə düşdü: İlk dəfə…
“Los-Anceles Leykers”in və Sloveniya yığmasının oyun qurucusu Luka Donçiç Avropa çempionatları tarixində ilk dəfə olaraq bir matçda ən azı 30 xal, 5 qol ötürməsi və 5 top qapma göstəricilərinə imza atan basketbolçu olub.
Aut.az xəbər verir ki, bu barədə “Basket News” məlumat yayıb.
Bu uğur qrup mərhələsinin ilk turunda Polşa ilə qarşılaşmada (95:105) qeydə alınıb. 26 yaşlı sloveniya basketbolçusu həmin oyunda 34 xal, 9 məhsuldar ötürmə və 5 top qapma ilə yadda qalıb. Bundan əlavə, onun aktivində 4 ribaund və 2 blok da var.
Növbəti turda Sloveniya millisi Fransaya qarşı oynayacaq. Görüş avqustun 30-da baş tutacaq.
Qeyd edək ki, Avropa çempionatı dörd şəhərdə – Riqa (Latviya), Tampere (Finlandiya), Katovitse (Polşa) və Limassolda (Kipr) keçirilir. Turnir sentyabrın 14-dək davam edəcək.
Aut.az
