“O, tarixin ən yaxşısıdır, lakin…”
Dördqat Formula 1 çempionu Sebastyan Fettel çempionat tarixinin ən böyük sürücüsünün adını açıqlayıb.
Aut.az xəbər verir ki, o, seçimini əfsanəvi pilot Mixael Şumaxerdən yana edib:
“Mixael Şumaxer mənim uşaqlıq qəhrəmanımdır və fikrimcə, tarixin ən böyük Formula 1 sürücüsüdür. Lakin statistik olaraq hazırda ən yaxşı Lyuis Hemiltondur”.
Şumaxer çempionluq debütünü 1991-ci ildə Belçika Qran Prisində edib. Onun aktivində 7 Formula 1 çempionluğu var. Hemilton da eyni sayda uğur qazanıb.
Aut.az
