Bu klub ölməyəcək: Azarkeşlərin etirazına belə reaksiya verdi
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 28-ci turunun “Arsenal”la oyunu (1:1) öncəsi və oyun zamanı “qırmızı şeytanlar”ın azarkeşlərinin etirazlarından danışıb.
Aut.az xəbər verir ki, Amorimin sözlərini “Sky Sports” sitat gətirib.
“Mançester Yunayted” heç vaxt ölməyəcək. Bunu təkcə stadionda deyil, küçələrdə də hiss etmək olar. Amma bu həm də böyük bir biznesdir və ola bilsin ki, liqadakı hər bir azarkeş hiss edib ki, oyunlara getmək üçün bilet almaq necə çətinləşir və bu da normaldır.
Çətin vəziyyətdir. Biz sadəcə onlara çox güc vermək istəyirik. Bəzən aşağıda bunun məyusedici olduğunu bilirəm, lakin gələcəkdə biz belə oynamayacağıq”, – Amorim bildirib.
Daha əvvəl məlum olmuşdu ki, “Mançester Yunayted”in “The 1958” azarkeş qrupu öz azarkeşlərini İngiltərə Premyer Liqasının “Arsenal”la 28-ci tur matçından əvvəl etiraz aksiyasına çıxmağa və klubun yavaş-yavaş ölümünü simvolizə edən qara paltar geyinməyə çağırıb.
Aut.az
