İspaniya

La Liqada başqa klubu çalışdıracaq? – “Təkliflərə açığam”

“Barselona”nın əfsanəsi Xavi məşqçiliyə qayıtmağa hazırdır.

Aut.az xəbər verir ki, Xavi bu barədə “France Football”a müsahibəsində deyib.

“Mənim heç bir konkret məlumatım yoxdur. Amma təkliflərə açığam. Niyə başqa La Liqa komandasının məşqçisi olmayaq? Maraqlı layihə axtarıram, kuboklar qazanmaq ambisiyalarım var. Əsas məqsəd budur. Müxtəlif təklifləri dinləyəcəm.

Fərqli komandaların oyununu izləməkdən zövq alıram. Pep Qvardiola və “Mançester Siti”, Arne Slot və “Liverpul”, Kompani və “Bavariya”, həmçinin Qətər, Səudiyyə Ərəbistanı və Portuqaliya çempionatları.

İstəyirəm ki, futbolçularım əylənsinlər, azarkeşlər üçün cəlbedici futbol oynasınlar və kuboklar qazansınlar. Çempionlar Liqasını, Avropa Çempionatını, Dünya Kubokunu qazanmaq istəyirəm…”, – Xavi deyib.

Aut.az