Əfsanə Osimhenin növbəti klubunu açıqladı
“Roma”nın əfsanəvi futbolçusu Roberto Prusso “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimheni haqqında
Aut.az xəbər verir ki, o, nigeriyalı forvardın növbəti klubunun “Yuventus” olacağını deyib:
“Bilirəm ki, Osimhen “Yuventus”un növbəti hücumçusu olacaq. Bu barədə mənə nigeriyalının ətrafına yaxın olan etibarlı mənbə məlumat verib. Onlar əmindirlər ki, gələn il Turinə gedəcəklər”.
26 yaşlı Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə 28 matçda 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Osimhenin “Napoli” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
Aut.az
