İspaniya

“Real”da bu superulduza şübhələr yaranıb

 “Real” avstriyalı müdafiəçi David Alabadan şübhələnməyə başlayıb .

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, bu yaxınlarda çarpaz bağ zədəsini sağaldan futbolçu komandasının “Betis”lə son oyununda kifayət qədər inamsız oynayıb və sonradan Aurelien Tçuameni ilə əvəzlənib.

Bu matçdan sonra rəhbərlik avstriyalının klubdakı gələcəyinə şübhə ilə yanaşır, onun fiziki durumu və oyun səviyyəsi hələ də yüksək deyil.

David Alaba bu mövsüm klub səviyyəsində 8 oyun keçirib.

Aut.az