İtaliya

Bunu bacaran altıncı cənubi amerikalı oldu

“Atalanta”nın futbolçusu Xuan Kuadrado Avropanın ən yaxşı beş liqasında 400-cü oyununu keçirərək, uğura imza atıb.

Aut.az xəbər verir ki, 2009/10 mövsümündən buna nail olan altıncı cənubi amerikalı oyunçu olub. O, İtaliya A Seriyasının 27-ci turunun “Venesiya” ilə oyununda (0:0) meydana çıxmaqla buna nail olub.

Kuadradoya qədər Lionel Messi, Aleksis Sançes, Dante, Tyaqo Silva və Edinson Kavani bu həddə çatıb.

Qeyd edək ki, cari İtaliya çempionatında Xuan 15 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Aut.az