Ərəblər maraqlanırdı: Qəti qərar qəbul etdi
“Barselona”nın vingeri Rafinya Kataloniya klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu jurnalist və insayder Nikolo Şira “X” sosial şəbəkəsində məlumat verib.
Mənbənin məlumatına görə, 28 yaşlı braziliyalı müqaviləsini 2029-cu ilin yayına qədər uzatmaq üçün Səudiyyə Ərəbistanı klublarından gələn iki sərfəli təklifi rədd edib.
Xatırladaq ki, bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 38 matçda iştirak edib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Aut.az
