İspaniya

Üzr istədi: Bizi bağışlayın, madridlilər

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem Madrid klubunun azarkeşlərindən Çempionlar Liqasını tərk etdiklərinə görə üzr  istəyib.

Aut.az xəbər verir ki, Bellinqem bu barədə sosial şəbəkədə paylaşım edib.

“Sadəcə, “Arsenal”a qarşı] heç bir oyunda klubun ümidlərini doğrulda bilmədik. Üzr istəyirik, bizi bağışlayın, madridlilər.

Bu Çempionlar Liqası axşamlarının sizin üçün nə qədər əhəmiyyətli olduğunu başa düşürük. Bu mövsümü xilas etmək şansımız hələ də var, ancaq bu, yalnız bir yerdə qalsaq mümkündür. “Real Madrid qayıdacaq!” – Bellinqem yazıb.

Aut.az